Məzmuna keç

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşdi

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşdi

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib.

E-huquq.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:

– şagird sayı 1 000-dək olduqda, 1 vahid;

– şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;

– şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.

Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.