- 28 Sentyabr 18:33
Keçmiş təhsil naziri Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.
E-huquq.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olub.