Sənaye məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti”nin tabeliyindən çıxarıldı


  • 22 Yanvar 2021 14:17

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyində olan Neftçala, Masallı, Hacıqabul və Sabirabad Sənaye Məhəllələri yeni yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, yeni agentlik nazirliyə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin bazasında yaradılıb. Həmin şirkət ölkədəki sənaye parklarının idarə edilməsi ilə məşğul idi.

Oxşar xəbərlər