Məzmuna keç

Ağstafa Rayon Məhkəməsinin sədrinin vəzifəsi dəyişdirildi – SƏRƏNCAM

Ağstafa Rayon Məhkəməsinin sədrinin vəzifəsi dəyişdirilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, sərəncamla İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.