Prezident İlham Əliyev sərəncam imzaladı


  • 7 İyun 14:43

Prezident İlham Əliyev Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, sərəncamla Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarının əhalisi 33550 nəfər olan 12 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 840 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

SİYAHI

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

Cəlilabad

6

Boyxanlı kəndi

1740

Cəfərxanlı kəndi

1289

Xəlilabad kəndi

2231

Komanlı kəndi

3270

Təzəkənd kəndi

3264

Üçtəpə kəndi

8277

Lənkəran

1

Qurumba kəndi

1496

Masallı

4

Hüseynhacılı kəndi

1367

Köcəkli kəndi

2192

Mahmudavar kəndi

5714

Tüklə kəndi

2214

Yardımlı

1

Şiləvəngə kəndi

496

Cəmi:

12

12

33 550

Oxşar xəbərlər