Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
E-huquq.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
