İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
