Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olundu


  • 25 Yanvar 19:19

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub.

E-huquq.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, İlqar Hacıbala oğlu Sadıqov Dövlət Komitəsinə sədr təyin edilib.

Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün İ.Sadıqovu kollektivə təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, İ.Sadıqov 1965-ci ildə Bakı şəhərində anadan olub. O, bu təyinatadək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərlik edib.

Mənbə: Report

Oxşar xəbərlər