Məzmuna keç

PA-da Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki şöbə yaradıldı

Prezident Administrasiyasında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki yeni şöbə yaradılıb

Prezident Administrasiyasında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki yeni şöbə yaradılıb.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.

Bu şöbənin əsasında Hüquqi ekspertiza şöbəsi və Qanunvericilik və hüquqi siyasət şöbəsi yaradılıb. Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev təyin edilib. Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.