Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edildi


  • 20 Sentyabr 2023 16:02

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Oxşar xəbərlər

  • 30 Dekabr 2025 16:14
Prezident onu təltif etdi
  • 29 Dekabr 2025 21:30
Prezident fərman imzaladı
  • 29 Dekabr 2025 15:06
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 18:14
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 13:48
Prezident sərəncam imzaladı