- 12:27
Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.
E-huquq.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr - Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət başçısı məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.