- 13:27
Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına və təhlükəsizliyinin təminatına zəmin yaradır.
E-huquq.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari deyib.
Sozar Subari bildirib ki, Gürcüstan təhlükəsizliyini qorumalı və çoxvektorlu siyasətin inkişafı üçün əlindən gələni etməlidir.
Vitse-spiker Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinə də toxunaraq vurğulayıb ki, ölkə avrointeqrasiya yolundadır:
“Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüyə 2030-cu il üçün daha hazırlıqlı olacağını bəyan edib. Biz artıq bu yoldayıq və əgər o vaxta qədər Avropa İttifaqı mövcud olacaqsa, biz üzvlüyə hazır olacağıq”.
Sozar Subari Gürcüstanın NATO-ya qoşulması perspektivlərini də şərh edərək deyib ki, Ukrayna nümunəsi Alyansın qapılarının heç zaman illərdir bəyan edildiyi kimi açıq olmadığını sübut edib.
Mənbə:APA