- 09:19
Pakistanın cənubundakı Kəraçi şəhərində yerləşən "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı beşə çatıb, 20 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyətə istinadən məlumat yayıb.
Daha əvvəl nəşr hadisə nəticəsində üç nəfərin həlak olduğunu, yeddi nəfərin xəsarət aldığı barədə məlumat verib. Yanğın şəhərin sıx əhali yaşayan rayonunda yerləşən ticarət kompleksinin birinci mərtəbəsində baş verib.
Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, yanvarın 18-i səhər saatlarında yanğın 30 faiz lokallaşdırılıb. Hadisə yerində 20 yanğınsöndürən briqada işləyir. Binanın çökmə riski yüksəkdir.
İlkin məlumatlara görə, yanğının səbəbi mağazalardan birində elektrik naqillərinin qısa qapanması olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
***
Pakistanın cənubundakı Kəraçi şəhərində yerləşən "Gul Plaza" ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində azı üç nəfər həlak olub, daha yeddi nəfər isə xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanğın şəhərin sıx məskunlaşmış rayonunda yerləşən ticarət kompleksinin birinci mərtəbəsində başlayıb. Alov sürətlə binaya yayılıb, nəticədə bir neçə nəfər yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalıb. Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, hadisə yerinə operativ olaraq altı yanğınsöndürmə briqadası gəlsə də, vəziyyət kritik olaraq qalır.
İlkin məlumatlara görə, yanğına səbəb mağazalardan birində elektrik naqillərində yaranan qısaqapanma olub. Hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraitini araşdırmağa başlayıb.