- 22:03
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Azərbaycanla birlikdə “3+3” formatında növbəti görüşə hazırlıq aparıldığını açıqlayıb.
E-huquq.az xəbər verir ki, Lavrov Gürcüstanın da danışıqlara qoşulmasının arzuolunan olduğunu vurğulayıb.
“Türkiyə və Azərbaycanla birlikdə artıq ‘3+3’ formatının əsas üzvləri ilə nazirlər səviyyəsində iki görüş keçirmişik. İndi üçüncü görüş hazırlanır. Gürcü qonşularımız hazırda iştirakdan yayınırlar. Lakin biz hər zaman vurğulayırıq ki, onlar üçün qapı açıqdır. Həmkarım cənab Hakan Fidan nazirlərin üçüncü görüşünün keçirilməsini fəal şəkildə dəstəkləyir. Hazırda görüşün yeri müəyyənləşdirilir. Ümid edirəm ki, bu proses mümkün qədər tez yekunlaşacaq”, – Lavrov qeyd edib.