Azərbaycan XİN Pakistana başsağlığı verdi


  • 1 Fevral 22:50

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

E-huquq.az xəbər verir ki, nazirlik bu barədə "Facebook" sosial şəbəkəsində paylaşım edib.

"Həlak olanlarım ailələrinə və qardaş Pakistan xalqına və hökumətinə səmimi qəlbdən başsağlığı veririk. Yaralananlara tezliklə sağalmalarını arzulayırıq. Bu çətin dövrdə Pakistanla həmrəyik və terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq üçün beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik", - nazirlikdən bildirilib.

Oxşar xəbərlər