Hikmət Hacıyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım etdi


  • 17:42

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib.

E-huquq.az xəbər verir ki, bu barədə onun "X" hesabındakı paylaşımında qeyd olunub:

"Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülh qazanır!!!"

Qeyd edək ki, Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Oxşar xəbərlər