- 15:05
Göygöl rayonunda meyit aşkarlanıb.
E-huquq.az xəbər verir ki, rayon Polis Şöbəsinə Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan meyitin aşkarlanması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.