"Sulutəpə" dairəsi istiqamətində məhdudiyyət bir sıra yollarda nəqliyyatın sıxlığını yaradıb


  • 13:32

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Sulutəpə" dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Sulutəpə" dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən;

1. Bakı-Sumqayıt şosesi Sumqayıt;

2. Tbilisi prospekti, Sumqayıt;

3. Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;

4. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;

5. Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Oxşar xəbərlər