- 11 Fevral 21:47
ABŞ Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri regionun sabitliyi və ümumi iqtisadi inkişafı üçün möhkəm təməl qoyub.
E-huquq.az-ın məlumatına görə, bu barədə onu Cənubi Qafqaz səfərində müşayiət edən ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycana, Bakıya edilən məhsuldar səfər başa çatdı. Bu şəhərin qonaqpərvərliyi və mütərəqqi enerjisi həqiqətən möhtəşəm idi. Aydındır ki, Tramp administrasiyasının seçdiyi beynəlxalq sülh və rifaha doğru yol (TRIPP) regionu həmişəlik dəyişdirəcək. ABŞ Vitse-prezidenti Cey Di Vensin səfəri regional sabitlik və ümumi iqtisadi inkişaf üçün möhkəm təməl qoyub", - diplomat yazıb.