Maliyyə naziri: Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb


  • 13 Fevral 22:48

Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb.

E-huquq.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

"2025-ci ildə Serbiyadan idxalımız 55 faiz artıb", - nazir qeyd edib.

O həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: "Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb".

Oxşar xəbərlər