- 16:18
Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
E-huquq.az xəbər verir ki, dövlət başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.
Daha sonra hər iki ölkənin dövlət himni səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Aleksandar Vuçiçə təqdim edilib.