- 28 May 22:11
İran İsrailə növbəti zərbələr endirməkdə heç bir məhdudiyyət görmür.
E-huquq.az İranın dövlət mediasına istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi bildirib.
O deyib ki, İran İsrailə aid olan istənilən hədəfə davamlı olaraq hücum edəcək: “Qarşımızda heç bir məhdudiyyət görmürük".