Belçika XİN rəhbəri İranın dron hücumlarını qınayıb: Azərbaycanla tam həmrəyik


  • 6 Mart 19:20

Belçika Naxçıvana dron hücumlarını qınayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Belçika Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevot “X” hesabında yazıb.

“Belçika dünən Naxçıvan hava limanına edilən, mülki şəxslərin yaralanmasına səbəb olan və mülki infrastruktura ziyan verən dron hücumunu şiddətlə qınayır. Mən Azərbaycan xalqı və hökuməti ilə tam həmrəyliyimi ifadə edirəm.

İran tərəfindən hər bir eskalasiya stabilliyə qayıdış ehtimalına zərbə vurur. Biz təmkinli olmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”, - nazir qeyd edib.

Oxşar xəbərlər