- 20:41
Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq prosesi genişlənməkdədir.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində bildirib.
“Biz uzunmüddətli perspektivdə yeni regional təhlükəsizlik arxitekturası da qururuq və bütün ölkələr üçün sülh və təhlükəsizliyi təmin etməyə çalışırıq. Bu əməkdaşlıq xətti çərçivəsində gələcəkdə iki geosiyasi ittifaq arasında münasibətlərin də inkişaf etdirilməsi nəzərdə tutulur. Buna isə ictimaiyyətə açıq, inklüziv regional əməkdaşlıq modeli təqdim etməklə nail olunub”, - Hikmət Hacıyev qeyd edib.