Azərbaycan XİN Sinqapuru Müstəqillik Günü münasibətilə təbrik etdi


  • 12:12

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib.

E-huquq.az xəbər verir ki, XİN bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, 9 avqust Sinqapurda Müstəqillik Günü kimi qeyd olunur. Belə ki, 1965-ci il avqustun 9-da Sinqapur Malayziya Federasiyasından ayrılaraq müstəqil və suveren dövlət olduğunu elan edib.

Oxşar xəbərlər