Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş təqdim etdi


  • 22:32

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib və ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyur.

Oxşar xəbərlər