Məzmuna keç

Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunluq duyuram.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında bildirib.

“Bu, Ukrayna və Azərbaycan arasında güclü tərəfdaşlıq, həmrəylik, dostluq və Azərbaycanın İrpinə göstərdiyi davamlı dəstəyin qiymətləndirilməsidir”, – səfir vurğulayıb.

Yuri Husyev Ukraynaya göstərilən dəstəyə görə Azərbaycana xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.