Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi


  • 21:51

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi Maksimilian Henniqə təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səfir Kamil Xasiyev 25 avqust 2026-cı il tarixində etimadnaməsinin surətini Avstriya Respublikası Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi cənab Maksimilian Henniqə təqdim etmişdir", - paylaşımda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 29-da K. Xasiyevin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Oxşar xəbərlər