- 00:16
Rusiyalı sahibkar Alişer Usmanov Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin mərhəmət və humanizm idealları naminə yorulmaz fəaliyyətiniz, İslam dünyasının zəngin mədəni və mənəvi irsinin qorunmasına göstərdiyiniz qayğı səmimi heyranlıq hissi doğurur.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və ailə səadəti arzulayıram. Qoy Uca Tanrı Sizin evinizə əmin-amanlıq, harmoniya və firavanlıq bəxş etsin".