- 15 Sentyabr 21:10
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında məlumat yayıb.
Görüş Əbu-Dabidə baş tutub. Tərəflər Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov da iştirak edib.