AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur


  • 18:41

Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Avqust Hanninqlə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, Almaniyanın “Spiegel” dərgisinin və digər beynəlxalq media qurumları tərəfindən ilk yayımlanan, Azərbaycanı bu işlə əlaqələndirən məlumatlarla birbaşa ziddiyyət təşkil edir.

E-huquq.az xəbər verir ki, AnewZ-nin əsaslı mənbələrə istinadla yaydığı məlumatda Almaniya kəşfiyyat orqanlarının apardığı işin digər ölkələrlə bağlı olduğu bildirilib.

Mənbələr, həmçinin vurğulayıblar ki, Hanninq əldə etdiyi məxfi materiallardan analitik hesabatlar yazmaq üçün istifadə edib. O, həmin materialları üçüncü tərəflərə ötürməyib.

Almaniya prokurorları Hanninqin casusluqla əlaqələndirilən işində qeyd olunan xarici kəşfiyyat xidmətlərinin və ya ölkələrin adlarını ictimaiyyətə açıqlamayıblar.

Xatırladaq ki, Azərbaycanın Media və Yayım Şurası ölkəmizi bu işlə əlaqələndirən məlumatları dezinformasiya kimi qiymətləndirib.

Mənbə: AZƏRTAC

Oxşar xəbərlər