- 10:20
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib.
E-huquq.az xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.