Məzmuna keç

Ceyhun Bayramov: “İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub”

İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub, sürətlə, uğurla inkişaf edib. Gələn il ölkələrimiz arasında münasibətlər baxımından çox önəmli bir tarixdir. Belə ki, diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəyik.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu müddət ərzində ölkələrimiz arasında çoxsaylı sənədlər imzalanıb və qəbul edilib. Onların sırasında xüsusilə 2014-cü ildə qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və 2020-ci ildə imzalanmış Çoxtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsini qeyd etmək istərdim”, – deyə nazir qeyd edib.