Azərbaycan XİN Livana başsağlığı verdi


  • 5 Avqust 2020 10:13

“Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk”.

E-huquq.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Livana verdiyi başsağlığında əksini tapıb.

“Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik", - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Oxşar xəbərlər