“Azərbaycan türkləri doğma qardaşlarımızdır".
E-huquq.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Ermənistanın Azərbaycan torpaqlarına təxribatı ilə bağlı suala cavab verərkən deyib. Nazir bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.
“Azərbaycan türkləri doğma qardaşlarımızdır. Buna görə biz iki dövlət bir millətik. Təbii ki, biz burada tərəfik. Belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını da hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərlə qardaşlarımızla birlikdəyik. Ermənistan məntiqlə və ağılla düşünərək iş görmür. Arxasındakı güclərdən güc alaraq başından böyük işlərə girişir ”, – deyə H. Akar bildirib.
1915-ci il hadisələri ilə bağlı irəli sürülən iddiaların nə qədər səhv olduğunun Amerika arxivlərində kəşfiyyat məmurlarının hesabatlarında da qeyd edildiyini vurğulayan türkiyəli nazir, “Bizimlə əlaqəsi olmayan bir ingilis, amerikalı yazır bunu. Getdik hər yeri gəzdik deyir. Məlum olub ki, türk kəndləri yandırılıb, erməni kəndləri isə olduğu kimi qalıb. Hesabatlar Amerika arxivindədir”, – deyə qeyd edib.
