Türkiyənin “TRT World” televiziyası PKK terrorçularının Dağlıq Qarabağda Ermənistanla birlikdə döyüşməsi ilə bağlı araşdırma aparıb.
E-huquq.az-ın məlumatına görə, yazıda bildirilir ki, ermənilər tərəfindən idarə olunan Nubar Ozanyan briqadası terrorçu PKK-nın Suriya qanadı YPG-nin rəhbərliyi altında yaradılıb. Bəzi mənbələr onların üzvlərinin azərbaycanlılarla döyüşmək üçün işğal altındakı Dağlıq Qarabağ ərazisinə getdiyini iddia edir. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində son vaxtlar baş verən müharibə ilə bağlı Rusiyada da daxil molmaqla, Fransa və İrana qədər bir çox siyasi xadimlər Ermənistana birbaşa və ya açıq şəkildə öz dəstəyini göstərdilər.
Ancaq rəsmi dövlətlərdən savayı, ekspertlər İrəvanın ilk növbədə PKK-dan, uzun müddətdir ki, ASALA kimi silahlı erməni qruplaşmaları ilə əlaqəli olduğu və 1970-1980-ci illərdə bütün dünya ətrafında Türk diplomatlarına qarşı sui-qəsd təşkil edən, bəzi terror qruplarından azərbaycanlılara qarşı mübarizədə daha çox dəstək aldığını düşünürlər. PKK-nın Suriyadakı qanadı olan YPG, İrəvanla güclü əlaqələri olan və Nubar Ozanyan briqadası da daxil olmaqla, Türkiyənin TİKKO kimi qeyri-qanuni kommunist qrupları müxtəlif silahlı qüvvələrdən istifadə edərək ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərir.
Bu yaxınlarda bəzi mənbələrdə Nubar Ozanyan briqadasının İrəvanın təxribatlarından sonra işğal altında olan əraziləri Ermənistandan geri almaq üçün hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusu ilə döyüş aparmaq üçün işğal olunmuş Qarabağ bölgəsinə göndərilməsi ilə bağlı məlumatlar yayımlanır. PKK ilə əlaqəli briqada Azərbaycan qüvvələri ilə mübarizə aparmaq üçün işğal altındakı Qarabağ bölgəsinə hərəkət edərsə, terror qruplaşmasının digər bir kritik əraziyə çatmasının qarşısını almaq Türkiyənin hərbi reaksiyasına səbəb ola bilər.
2016-cı ildən indiyədək Türkiyə, Suriya və İraq boyunca YPG / PKK terror qruplaşmalarına qarşı bir-birinin ardınca bir neçə əməliyyata başladı. Türkiyə parlamenti hazırda 2021-ci ildə sərhədyanı əməliyyatlara başlamaq üçün ölkənin hərbi qüvvələrindən istifadə etmək səlahiyyətinin uzadılması üçün hökumətin məsələsinə baxır.
Nubar Ozanyan briqadası nədir?
“TRT Worldsources”-un məlumatına görə, Suriyanın Qamışlı ərazisində yerləşdiyi görünən xalq qeyri-nizami qoşunu, PKK-nın uzun müddət müttəfiqi olan TİKKO-nun lider komandirlərindən biri olan erməni mənşəli Nubar Ozanyanın adını daşıyır. Türkiyə tərəfindən terror qrupları kimi tanınan həm TİKKO, həm də PKK qruplaşmaları türk torpaqlarında yaradılıb. Hər iki qrup Türk dövlətinə qarşı on illərdir davam edən terror kampaniyalarına başlayıblar və on minlərlə insanın ölümünün və böyük maddi itkilərin səbəbkarı olublar. Xalq qeyri-nizam qoşunu 24 aprel 2019-cu ildə YPG terror qruplaşmalarının Rakkada İŞİD terrorçularına qarşı müharibəsi zamanı Ozanyanın ölümünü 2017-ci ilin avqustunda qeyd etmək istəyən erməni kommunistləri tərəfindən yaradılıb. Qrupun özü marksist-leninçi ideologiyasını qəbul etsə də, Suriyanın şimalındakı Tell Qorandakı Marziya Kilsəsində görüş zamanı yaradılıb. Briqadanın hazırkı lideri, güclü əlaqələrə sahib olduğu görünən Nubar Melkonyan xalq qeyri-nizam qoşununun müxtəlif ölkələrdən xarici üzvlər qəbul etdiyini boynuna alır. “Ermənistandan tabora qoşulan insanlar var. Xüsusilə Hələb, İngiltərə, Fransa və Amerikadan qoşulmaq istəyənlərimiz də var” – deyə Melkonyan müsahibəsi zamanı bildirib. "Qoşunumuzu daha böyük bir briqadaya çevirmək istəyirik" – deyə o, qeyd edib.
Ozanyan kim olub?
Əsl adı Fermun Çırak olan, Ozanyan 1956-cı ildə mərkəzi Anadolu vilayətinin Yozqat şəhərində erməni ailəsində doğulan Türkiyə vətəndaşıdır. Ozanyan həyatı boyu Türkiyənin şərqindəki Tunceli vilayətindən Suriyanın şimalına və Qarabağ bölgəsinə qədər müxtəlif yerlərdə müxtəlif marksist-leninçi qruplar adı altında döyüşmüş və burada Qarabağ müharibəsi dövründə 1990-cı illərin əvvəllərində işğalçı erməni qüvvələrinə qoşularaq Azərbaycan Silahlı Qüvvələri ilə mübarizə aparmışdır. 2015-ci ilin ortalarında YPG rəhbərliyi altında döyüşən kürdlər, ermənilər, ərəblər, yunanlar, kanadalılar, belçikalılar və fransızlar da daxil olmaqla, müxtəlif vətəndaşları cəlb edərək təlim keçən silahlı qrup olan Beynəlxalq Azadlıq Taburunun (IFP) komandirlərindən biri olub. Ozanyan ömrünün çox hissəsini terror qruplaşmasının qərar vermə prosesində önəmli şəxs kimi TİKKO-nun ümumi rəhbərliyində keçirib. “Bir müxbir olaraq, “Devrimçi Sol” (Sol İnqilabçı), “Devrimçi Yol” (İnqilabçı Yol), Partizan Yol (Qerilla Yolu), “Türkiyə Kommunist Leninçilər Partiyası”, THKP (Türkiyə İşçi Kəndli Kommunist Partiyası) və- TİKKO, Türkiyə İşçi Kəndli Kommunist Partiyası (Türkiyənin Xalq Partiyası və Türkiyə İşçi və Kəndlilər Kommunist Partiyası), PKK və kürdləşdirilmiş, türkləşmiş ermənilər olan bəzi digər təşkilatlarilə sıx əlaqələr qurdum” – deyə Moskofian öz sənədlərinin birində qeyd edir.
PKK özü Qarabağ bölgəsinə doğru göndərilibmi?
Türkiyənin təhlükəsizlik mənbələrinə istinadən xəbər verilir ki, yüzlərlə PKK / YPG terrorçusunun hazırda Azərbaycan qüvvələri ilə döyüşmək üçün işğal altındakı Qarabağ bölgəsinə göndərilməsinin digər nişanələri də mövcuddur. Türkiyənin Müdafiə naziri Hulusi Akar bu yaxınlarda Ermənistana hər hansı xarici muzdlu və terrorçudan Ermənistanda və işğal altındakı Qarabağ bölgəsində döyüşlərdə istifadə etmələrinə görə sərt bir xəbərdarlıq edib. “Ermənistan hücumlarını dərhal dayandırmalıdır. Xaricdən gətirilən muzdluları və terrorçuları geri qaytarmalı və işğal olunmuş əraziləri tərk etməlidirlər ” – deyə Akar bəyan edib. Ekspertlər PKK-nın uzun müddətdir İran ərazilərindən bu ölkənin hərbi əməliyyatlarını dəstəkləmək üçün Ermənistana göndərildiklərini düşünürlər.
Moksvada olan Avrasiya siyasi analitiki Əşrəf Yalınkılınçlı “TRT World”-ə verdiyi açıqlamasında da "illərdir İranın bəzi PKK üzvlərinin Ermənistana getməsinə icazə verdiyi məlum bir həqiqətdir" – deyə, bildirib.
