Məzmuna keç

Hikmət Hacıyev: “Ermənistanın etdiyi barbarlıq və vandalizmdir”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyi və çaxnaşmada olduqlarını göstərir”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.