Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
Səfər çərçivəsində Türkiyə XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.
Görüşlər zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
