Məzmuna keç

Ermənilər Azərbaycan Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açdı

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Tvitter" hesabı açılıb.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:https://twitter.com/wwwmodgovaz", nazirlikdən bildirilib.