Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyü aydın görünür.
E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu.
