Ermənistan danışıqlar zamanı özlərinin təhlükəsizliyini təmin etmək üçün şərtlər qoyurdu. Lakin biz bunu qəbul etmədik və bildirdik ki, bu məsələlər Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxandan sonra həll edilə bilər.
E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Moskva görüşündən əvvəl Cenevrədə həmsədrlərlə görüş keçiriblər: "Hamı bir daha aydın başa düşdü ki, Azərbaycan status-kvo ilə barışmayacaq. Son 10 gün ərzində həyata keçirilən əməliyyatlar nəticəsində status- kvo dəyişdirildi".
