Uzun illər ərzində danışıqların imitasiyası həyata keçirilib. Növbəti mərhələdə danışıqların imitaiyasına imkan verilməyəcək.
E-huquq.az-ın məlumatıma görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. Ermənistan tərəfindən terrorçuların iştirakı barədə materiallar toplanıb və müxtəlif dövlətlərin səfirliklərinə, aidiyyatı beynəlxalq təşkilatlara təqdim olunub. Biz beynəlxalq təşkilatlara təqdim etdiyimiz materiallarda beynəlxalq konvensiyaların hansı müddəalarının pozulmasını göstərmişik. PKK terrorçularının da döyüşlərdə iştirak etməsi ilə bağlı sübutlar var. Ermənistan prezidenti də terroçuların döyüşlərdə iştirak etməsini etiraf edib. Terrorçulardan istifadə etmək Ermənistanın həmişəki əməlidir.
