"Şuşa nəinki Azərbaycanın, eləcə də Türk-İslam  dünyasının mədəniyyət-turizm paytaxtı olacaq"


  • 8 May 2021 09:31

"1992-ci ildən bəri ermənilər hər il xüsusi təmtəraqla, ümumxalq bayramı kimi qeyd etdikləri bu gün tarixin arxivinə birdəfəlik atıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, 28 illik işğal dövründə Qarabağın incisi Şuşanı xarabalığa çevirən erməni vəhşiləri, çox yaxın zamanlarda tarixi-mədəni abidələri bərpa olunmuş, ən yeni texnologiyaların tətbiq olunduğu, yüksək standartlara cavab verən dünya səviyyəli gözəl bir şəhəri görəcəklər.

"Hörümçək toru kimi bütün dünyaya səpələnmiş diasporanın vasitəsilə, Pənahəli xanın əsasını qoyduğu şəhəri utanmadan özününküləşdirən ermənilərə və onların himayədarlarına ən gözəl cavab məhz budur. Dünya kimin kim olduğunu əyani şəkildə görəcəkdir. Şuşanın nəinki Azərbaycanın, eləcə də Türk-İslam dünyasının mədəniyyət-turizm paytaxtı olacağı şübhəsizdir. Orada yaradılacaq infrastruktur ən müxtəlif mədəni-kütləvi, eyni zamanda siyasi tədbirləri keçirmək imkanı verəcəkdir", - deyə deputat qeyd edib.

N.Məhəməliyəv bildirib ki, Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir, ancaq hər birimizin qəlbində özünəməxsus yeri olduğunu nəzərə alan Prezident İlham Əliyev prinsipial olaraq Şuşanın bərpasına xüsusi diqqət göstərir: "Şuşanın mədəniyyət paytaxtı elan olunması, Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanması və ölkə Başçısına edilən minnətdarlıq hissi ən gözəl göstəricidir".

Xəyalə Bünyatova

Oxşar xəbərlər