Ermənistanla Azərbaycan arasında gərginliyin azalması və dialoqa başlanması lazımdır - ATƏT-in sədri


  • 11 İyun 2021 22:51

Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir problem olaraq qaldığını göstərir.

E-huquq.az xəbər verir ki, bunu ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində video bağlantı vasitəsi ilə çıxış edərkən bildirib.

A.Linde qeyd edib: "Beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həll üzrə danışıqları bərpa etmək, humanitar ehtiyacları və insan hüquqları məsələlərini həll etmək üçün tərəflər arasında gərginliyin azaldılması və dialoqun başlaması lazımdır".

ATƏT-in sədri Rusiya, ABŞ və Fransanın təmsil etdiyi həmsədrlərlə ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmin olduğunu bildirib.

Oxşar xəbərlər