"Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın 53,92% səs qazanaraq qalib gəlməsini sadə ermənilərin müharibə istəmədiyini və qonşu dövlətlərlə sülh şəraitində yaşmaq istədiklərinin göstəricisi hesab edirəm".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Köçəryanlar və Sakisyanlar revanşist bəyanatlarla nə qədər çıxış etsələr də onları xalq dəstəkləmədi. Ermənilərin özləri də uzun illər blokada şəraitində yaşamaqdan, iqtisadi böhranlarla ömür sürməkdən və məhv olunmaqdan yorulublar. Qalib gələn Paşinyan isə imzasını qoyduğu üçtərəfli bəyanatın icra olunmamaış bəndlərin icrasına və dövlət sərhəddinin delimitasiya və demarkasiyaysına tələsməlidir. Çünki bu məslələr həll olunmamış Ermənistanın gələcəyi yoxdur"
A.Badamov qeyd edib ki, seçkidə ermənilərin Paşinyanı dəstəkləməsi ona verilən yeni bir şansdır: "Əgər Paşinyan bu şansını düzgün dəyərləndirərək öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışsa, hakimiyyətini uzun müddətli qoruyaraq ermənilərin liderinə çevrilə bilər. Çünki 90-cı illərdən bəri ermənilərin lideri olmayıb. Hakimiyyətdə olan dövlət başçıları özlərində quldurçuluq, talançılıq və düşmənçiliyi yaşadaraq bu ölkənin müstəqlliyini əldən vermişlər. Paşinyan isə tarixin ona verdiyi şansından düzgün istifadə edərək sülh yolu ilə məsələlərin həllinə tələsərsə, ölkəsini düşdüyü ağır iqtisadi durumundan çıxarmaq üçün irəlliləyişə imza ata bilər".
