Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirdi


  • 23 Oktyabr 2021 14:31

Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, Kreml bu barədə dərhal məlumat verəcək.

E-huquq.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, mətbuatda noyabrın birinci on günlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi və üçtərəfli bəyanatın imzalanacağı ilə bağlı məlumat yayılıb.

Oxşar xəbərlər