Prezident İlham Əliyev Kərim Məhəmməd oğlu Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
E-huquq.az xəbər verir ki, o, Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, professor K.Tahirov Azərbaycan Milli Kitabxanasının direktorudur. Noyabrın 12-də onun 70 yaşı tamam olub.
