Məzmuna keç

Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verdi

“Bu gün baş verən faciəvi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Qəhrəman Azərbaycan Silahlı Qüvvələri və Can Azərbaycan hökumətinin və xalqının başı sağ olsun”, – o əlavə edib.