Polşa səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verdi


  • 1 Dekabr 2021 14:04

Polşa səfirliyi helikopter qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə səfirlik "Twitter" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk.

Yaralılara tezliklə sağalmalarını arzu edirik", - qeyd olunub.Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Oxşar xəbərlər