Məzmuna keç

Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 sənəd imzalandı

Bu gün Bakıda keçirilən Azərbaycan-Gurcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkənin biznes və investisiya sahəsində fəaliyyət göstərən müxtəlif qurumları arasında ticari, iqtisadi, eləcə də sənaye sahəsində beş sənəd imzalanıb.

E-huquq.az xəbər verir ki, ilk imzalanan sənəd Azpromo ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasındakı anlaşma memorandumu olub.